MY-nin LQTB azarkeşləri ərəb investorlardan narahatdır
17.02.2023 - 23:15
MY-nin LQTB azarkeşləri ərəb investorlardan narahatdır

“Mançester Yunayted”in bir qrup LQBT azarkeşi klubun mümkün alıcılarından narahatdır.

Apasport.az xəbər verir ki, mankunianlıların alınması üçün Səudiyyə Ərəbistanı və Qətər investorları iddialıdır.

Bu isə “Göy qurşağı şeytanları” LQBT fanklubunu qane etmir. "Bəzi təkliflərlə bağlı dərin narahatlığımızı bildiririk. Biz bunu nəzərə alaraq prosesi yaxından izləyirik”, – deyə həmin fanklub məlumat yayıb.

Qeyd edək ki, amerikalı Qleyzerlər ailəsi "Mançester Yunayted"in uğurlu çıxış etməsinə baxmayaraq, klubu satışa çıxarıb.

writer photo
Əlirza Əlirzalı
0