Məsut Özil üçün 2022-ci il bitdi
29.09.2022 - 12:53
“Başakşehir”in ulduz futbolçusu Mesut Özil üçün 2022-ci il bitib.
Apasport.az saytının məlumatına görə, buna səbəb 33 yaşlı yarımmüdafiəçinin zədəli olmasıdır.
Almaniya millisinin sabiq üzvü belindən əməliyyat olunacaq. Bu səbəbdən o, təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu da o deməkdir ki, Özil ən yaxşı halda yanvarda komandaya qoşula biləcək.
Qeyd edək ki, Mesut Özil “Başakşehir”ə yay fasiləsində “Fənərbaxça”dan keçib.
0
0