“Milan” 38 yaşlı futbolçu ilə yeni müqavilə bağladı
18.06.2022 - 15:53
“Milan” 38 yaşlı futbolçu ilə yeni müqavilə bağladı

Veteran futbolçulara qarşı etibarlı olması ilə seçilən “Milan” ənənəsinə sadiq qalıb.

Apasport.az saytının məlumatına görə, A seriyasının çempionu bu dəfə qapıçısı Antonio Miranteni komandada saxlayıb.

“Rossonyerlər” müqavilə müddəti başa çatan 38 yaşlı qolkiperlə yeni sözləşmə imzalayıb. Bu sazişə əsasən, Mirante 2023-cü ilin yayına qədər İtaliya klubunda qalacaq.

Qeyd edək ki Antonio Mirante ötən ilin oktyabrından “Milan”da çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0