“Milan” braziliyalı futbolçu transfer etdi
08.07.2022 - 10:23
“Milan” braziliyalı futbolçu transfer etdi

“Milan” “Krotone”nin yarımmüdafiəçisi Junior Messiasla bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, İtaliya çempionu ötən mövsümü icarə əsasında bu komandada keçirən 31 yaşlı hücumameyilli oyunçunu birdəfəlik transfer edib.

Braziliyalı futbolçunun çıxışından məmnun qalan “rossonyerlər” “Krotone”nin tələb etdiyi təzminatı ödəyərək, onun transfer hüququna yiyələnib. Messias milanlılarla 2 illik müqavilə imzalayıb. Bu keçid A seriyasının qalibinə 4,5 milyon avroya başa gəlib.

Qeyd edək ki, Junior Messias ötən mövsüm “Milan”ın heyətində 32 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə verib.
 

writer photo
Əlirza Əlirzalı
0