Milan Fofana transferini bitirir
15.08.2024 - 20:02
Milan Fofana transferini bitirir

İtaliyanın "Milan" klubu Youssuf Fofana transferi üçün Fransa təmsilçisi "Monako" ilə razılığa gəlib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

"Milan" Fofana üçün qarşı tərəfə 25 milyon avro ödəyəcək. 

"Monako"da ümumilikdə 175 oyuna çıxan futbolçu 7 qol vurub, 15 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0