Mbappe Messi və Ronaldonu arxada qoydu
06.12.2022 - 15:54
Mbappe Messi və Ronaldonu arxada qoydu

Kilian Mbappe karyerası ərzində vurduğu qolların sayını 250-yə çatdırıb.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin və PSJ-nin hücumçusu yubiley qolunu DÇ-2022-nin 1/8 final mərhələsində vurub.

O, peşəkar karyerasındakı 250-ci qolu 360-cı oyununda vurub. O, XXI əsrin iki ən yaxşı futbolçusu Lionel Messi və Kriştiano Ronaldo ilə müqayisədə “250”yə daha tez çatıb.

Messi 369-cu oyununda bu qədər qol vurub. Ronaldo isə 510 matçda 250 qol vurub.

Qeyd edək ki, Mbappenin şərəfini qoruduğu Fransa yığması 1/4 finalda İngiltərə ilə qarşılaşacaq.
 

writer photo
Əlirza Əlirzalı
0