“Milan” Keytanı gözləyir
20.12.2022 - 16:26
“Liverpul”un futbolçusu Nabi Keyta karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Milan”ın maraq dairəsindədir.
A seriyası təmsilçisi onu yayda ələ keçirmək istəyir. Həmin vaxt Keyta azad agent statusuna malik olacaq.
Qeyd edək ki, yarımmüdafiəçinin “Liverpul”la müqaviləsi 2022/23 mövsümünün sonunda başa çatacaq.
0
0