“Milan” hücumçusunu icarəyə göndərdi
02.09.2023 - 15:07
“Milan” hücumçusunu icarəyə göndərdi

Divok Oriqinin yeni komandası bəlli olub.

Apasport.az saytı xəbər verir ki, İtaliya “Milan”ının hücumçusu mövsümün sonunadək “Nottinqem Forest”in şərəfini qoruyacaq.

Belçika millisinin 28 yaşlı forvardı yeni klubunda icarə əsasında çıxış edəcək. Futbolçu özünü yaxşı tərəfdən göstərərsə ingilislərin onu birdəfəlik transfer etmək hüququ da var.

Qeyd edək ki, klub səviyyəsində 338 rəsmi matçda iştirak edən Oriqi 67 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0