"Milan" portuqaliyalı baş məşqçi ilə müqavilə imzalayıb
12.06.2024 - 17:34
"Milan" portuqaliyalı baş məşqçi ilə müqavilə imzalayıb

A Seriya təmsilçilərindən "Milan" Paulo Fonseka ilə müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabrizio Romano məlumat yayıb.

Onun sözlərinə görə, Fonsekanın heyətinin üzvləri "Milan" ilə müqavilə imzalayacaq, bundan sonra portuqaliyalının təyinatı rəsmən elan olunacaq.

Portuqaliyalının İtaliya klubu ilə əmək müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər davam edəcək. Təcrübəli çalışdırıcı mövsümdə 2,5 milyon avro qazanacaq.

O, sonuncu dəfə Fransanın "Lill" klubunu çalışdırıb. 
 

writer photo
Əlirza Əlirzalı
0