“Milan”da 17 il sonra qazanc
28.09.2023 - 17:06
“Milan”da 17 il sonra qazanc

“Milan” ötən mövsümün maliyyə hesabatını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu 2022/23 mövsümündə 6 milyon avro xalis mənfəət əldə edib.

Milanlılar 2006-cı ildən sonra 17 ildə ilk dəfə mövsümü qazancla yekunlaşdırıb. Buna səbəb həm nəticələr, həm də sponsor və kommersiya gəlirlərinin artmasıdır. Ümumi gəlirlər 400 milyon avro təşkil edib.

Qeyd edək ki, 2021/22 mövsümündə İtaliya klubu 66 milyon avro ziyana düşüb.

writer photo
Əlirza Əlirzalı
0