UEFA Çempionlar Liqasının IV turunda növbəti oyunlar keçirilib.
Apasport.az xəbər verir ki, E, F, G və H qruplarında daha 6 qarşılaşma oynanılıb.
"Milan" İtaliyada Fransa PSJ-sini 2:1 hesabı ilə üstələyib.
"Mançester Siti" İngiltərədə İsveçrənin "Yanq Boyz" kollektivini 3:0 hesabı ilə məğlub edərək 1/8 final mərhələsinə vəsiqəni təmin edib. "Atletiko" isə İspaniyada Şotlandiyanın "Seltik" komandasını 6:0 hesabı ilə darmadağın edib.
Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
E qrupu
“Atletiko” (İspaniya) – “Seltik” (Şotlandiya) 6:0
“Latsio” (İtaliya) – “Feyenoord” (Niderland) 1:0
Xal durumu: "Atletiko" - 8, "Latsio" - 7, "Feyenoord” – 6, “Seltik” - 1.
F qrupu
“Borussiya” (Dortmund, Almaniya) – “Nyukasl” (İngiltərə) 2:0
“Milan” (İtaliya) – PSJ (Fransa) 2:1
Xal durumu: "Borussiya" - 7, PSJ - 6, "Milan" - 5, “Nyukasl” – 4
G qrupu
“Mançester Siti” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə) 3:0
“Srvena Zvezda” (Serbiya) – “Leyptsiq” (Almaniya) 1:2
Xal durumu: “Mançester Siti” – 12, “Leyptsiq” – 9, “Yanq Boyz” – 1, “Srvena Zvezda” - 1.
H qrupu
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Barselona” (İspaniya) 1:0
“Portu” (Portuqaliya) – “Antverpen” (Belçika) 2:0
Xal durumu: “Barselona” – 9, “Portu” – 9, “Şaxtyor” – 6, “Antverpen” - 0.