Mourinyo "Real"ın futbolçusunu istəyir
05.09.2024 - 17:17
Mourinyo "Real"ın futbolçusunu istəyir

“Real”ın müdafiəçisi Lukas Vaskes cari mövsümün sonunda İspaniya çempionatını Türkiyə Super Liqasına dəyişə bilər.

Apasport.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 33 yaşlı ispaniyalı futbolçunun xidmətində “Fənərbaxça”nın yeni baş məşqçisi Joze Mourinyo şəxsən maraqlıdır.

Türkiyə klubu Vaskesi gələn yay, onun “Real”la müqaviləsi başa çatanda transfer edə bilər.  

Vaskes 2015-ci ilin yayından “kral klubu”nda çıxış edir. O, İspaniya çempionatının cari mövsümündə 2 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0