Xaviyə yeni təklif
13.03.2023 - 22:04
Xaviyə yeni təklif

“Barselona” rəhbərliyinin baş məşqçi ilə bağlı planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, 43 yaşlı mütəxəssislə müqavilə uzadılacaq.

Yaxın günlərdə ona yeni anlaşma təklif olunacaq. Vaxtilə şərəfini qoruduğu komandada çalışmaqdan məmnun olan Xavi bu təklifi qəbul etməyi düşünür. Mütəxəssisin indiki sözləşməsi 2024-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, 25 oyunda 65 xal toplayan “Barselona” çempionatın lideridir.

writer photo
Əlirza Əlirzalı
0