“Milan”ın futbolçusuna Almaniyadan təklif
29.08.2023 - 00:00
“Milan”ın futbolçusuna Almaniyadan təklif

“Milan”ın futbolçusu Pyer Kalulu karyerasını Almaniyada davam etdirməklə bağlı təklif alıb.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı müdafiəçi “Bavariya”nın maraq dairəsindədir.

Konqo əsilli fransalı Münhen klubunda Bencamen Pavarı əvəzləməlidir. Sonuncu “İnter”ə keçməyə yaxındır.

Qeyd edək ki, mərkəz müdafiəçisi olan Pyer hər iki cinahda da uğurla oynamaq bacarığına malikdir.
 

writer photo
Əlirza Əlirzalı
0