15 milyonluq vinger gətirdi
30.07.2022 - 00:36
“Leypsiq”in futbolçusu Ademola Lukman karyerasını İtaliyada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, vinger “Atalanta”ya keçib.
A seriyası təmsilçisi 24 yaşlı nigeriyalı üçün 15 milyon avro ödəyib. Lukman son illəri icarədə keçirib.
Qeyd edək ki, Nigeriya millisinin üzvü ötən mövsüm “Lester”, ondan əvvəl “Fulhem”in formasını geyinib.
0
0