A seriyasında ilk qələbə
01.03.2023 - 11:30
A seriyasında ilk qələbə

“Kremoneze” İtaliya A Seriyasında ilk qələbəsini qazanıb.

Apasport.az saytı xəbər verir ki, hesabat turunda evdə “Roma”nı qəbul edən komanda rəqibini 2:1 hesabı ilə məğlub edib.

Bu qələbə sayəsində xallarının sayını 12-yə çatdıran “Kremoneze” həm turnir cədvəlinin son pilləsindən qurtulub, həm də 1996-cı ildən bəri A Seriyasında ilk qalibiyyətini almış olub. 

Qeyd edək ki, “Kremoneze” bu mövsüm İtaliya A seriyasına vəsiqə qazanıb. Komanda indiyədək keçirdiyi 24 oyunda 1 qələbə, 9 bərabərlik və 14 məğlubiyyətə sahibdir.
 

writer photo
Əlirza Əlirzalı
0