Hakimlər söyüldü, “Turan Tovuz” cərimələndi
30.01.2023 - 14:37
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Misli Premyer Liqasının XIX turunda baş verənlər müzakirə olunub.
“Turan Tovuz” – “Qarabağ” oyununda meydan sahibləri azarkeşləri üzündən ziyana düşüb. Qərblilər hakimlərə qarşı təhqiramiz ifadələr işlədildiyi üçün 4000, meydana kənar əşyalar atıldığına görə 1600 manat cərimələnib.
“Kəpəz”-“Qəbələ” oyununda təcili tibbi yardım avtomobili oyuna gecikdiyi üçün Gəncə klubu 1600 manat xərcə düşüb. Bu matçdan əvvəl polis nümayəndəsi iclasa gəlmədiyinə görə qərblilər 800 cərimələnib.
0
0