“Milan”ın gözaltısı
14.07.2023 - 16:13
“Milan”ın gözaltısı

“Milan” heyətini yeni futbolçu ilə gücləndirir.

Apasport.az saytı xəbər verir ki, italyanlar “Vilyarreal”ın forvardı Arno Qroneveldi gözaltı edib.

26 yaşlı hücumçunu transfer etməyi hədəfləyən Milan təmsilçisi ispanlarla danışıqlara start verib. Niderland millisinin də şərəfini qoruyan Arnonu vətənində “Feyenord” və İngiltərədən “Everton” da heyətində görmək istəyir.

Qeyd edək ki, forvard ötən mövsümü icarə əsasında “Tottenhem”in heyətində keçirib.

writer photo
Əlirza Əlirzalı
0