“Milan”la “Latsio”nun ortaq hədəfi
21.09.2022 - 11:03
“Milan”la “Latsio”nun ortaq hədəfi

“Milan” heyətinə yeni müdafiəçi qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İtaliya nəhəngi Emanuele Valerinin xidmətində maraqlıdır.

Sol cinah müdafiəçisi hazırda “Kremoneze”nin formasını geyinir. 23 yaşlı futbolçu “Latsio”nun da transfer siyahısına düşüb.

Qeyd edək ki, Valeri cari mövsümün 7 oyununda 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0