Milevski ölüm ayağındadır
26.09.2023 - 11:33
Milevski ölüm ayağındadır

Ukrayna millisinin sabiq hücumçusu Artem Milevski xəstəxanaya yerləşdirilib.

Apasport.az saytı xəbər verir ki, veteran hücumçu spirtli içki aludəçiliyindən əziyyət çəkir.

Bu barədə 38 yaşlı futbolçunun milli komanda yoldaşı və dostu Aleksandr Əliyev sosial şəbəkədə məlumat verib. Əliyev oyunçunun həkim nəzarətində olduğunu deyib: “Allaha şükürlər olsun ki, onu xəstəxanaya yerləşdirə bildik. Artıq beş gündür ki, oradadır. Vəziyyət təbii ki, çox ağırdır. Həkimlər əllərindən gələni edirlər”.

Qeyd edək ki, Kiyev “Dinamo”sundakı çıxışı ilə tanınan keçmiş futbolçusu Ukrayna millisində 50 matçda iştirak edərək, 8 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0