Milik üç il “Yuventus”da
22.06.2023 - 00:23
Milik üç il “Yuventus”da

“Yuventus” Arkadiuş Milikin transferini açıqlayıb.

Apasport.az-ın məlumatına görə, polşalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

“Marsel”ə məxsus forvard son mövsümü icarə əsasında “Yuventus”un heyətində keçirib. Polşalı futbolçunun çıxışından razı qalan Turin klubu 6,3 milyon avroya transferi reallaşdırıb. Turinlilər bu məbləği 3 il ərzində ödəyəcəklər. Müqaviləyə 1,1 milyon avroluq bonus maddəsi də əlavə olunub.

Qeyd edək ki, Milik 2022/23 mövsümündə 39 oyunda 9 qolla yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0