Milik “Yuventus”a keçir
23.08.2022 - 22:11
Milik “Yuventus”a keçir

“Marsel”in futbolçusu Arkadiuş Milik “Yuventus”a keçəcək.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçunun keçidi ilə bağlı razılıq əldə olunub.

Milik sonradan 8 milyon avroya transfer olunmaq hüququ ilə icarəyə veriləcək. Polşalını heyətinə qatacaq İtaliya klubu Memfis Depayın “Barselona”dan transferindən imtina etməyə qərar verib. Çünki azad agent statusu alacaq niderlandlının özü ilə müqavilənin şərtlərini razılaşdırmaq mümkün olmayıb.

Qeyd edək ki, Milikin Fransa klubu ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. 
 

writer photo
Əlirza Əlirzalı
0