2023-cü ilin yayında Fil Dişi Sahilidə keçirilməli olan Afrika Millətlər Kuboku təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, turnir 2024-cü ilin yanvar-fevral aylarında baş tutacaq.
Bu barədə Afrika Futbol Konfederasiyasının prezidenti Patris Motsepe açıqlama verib. O, təqvim dəyişikliyini iqlimlə əlaqələndirib: “Daşqın zamanı matç oynamaq istəmirik, bu, böyük riskdir. Bu, Afrika futbolunun imicinə mənfi təsir göstərə bilər. Düzdür, bəziləri yağışın mane olmayacağına inanır. Ancaq risk etməmək qərarına gəldik”.
Prezident yeni yaradılan Afrika Super Liqasının ilk mövsümünün isə gələn ilin avqustunda keçiriləcəyini bildirib. Turnirdə FIFA reytinqinə əsasən seçiləcək 24 komanda iştirak edəcək. Bu komandalar 3 regional qrupa bölünəcək və oradan 16 klub pley-offa yüksələcək.