Millətlər Liqasına Polşada start
01.06.2022 - 09:45
Millətlər Liqasına Polşada start

Bu gün Millətlər Liqasında 2022/23 mövsümünə start veriləcək.

Apasport.az saytının məlumatına görə, turnirin ilk günündə bir matç baş tutacaq.

İyunun 5-də DÇ-2022-nin pley-offunun final matçına çıxacaq Uels yığması bu üzdən Millətlər Liqasına erkən başlayacaq. Britaniyalılar səfərdə Polşa ilə üz-üzə gələcək.

Bu matç A liqasında baş tutacaq. 4-cü qrupda yer alan komandaların digər rəqibləri Belçika və Niderlanddır.

⚽  20:00. Polşa - Uels
 

writer photo
Əlirza Əlirzalı
0