Milli komandaya dörd namizəd
12.12.2022 - 17:15
İngiltərə millisinin baş məşqçisi postuna namizədlər bəlli olub.
Apasport.az saytının məlumatına görə, Qaret Sautqeyti dörd mütəxəssis əvəzləyə bilər.
Əgər 52 yaşlı mütəxəssis vəzifəsindən ayrılmağa üstünlük versə, bu postu onun köməkçilərindən olan Stiv Holland da tuta bilər. Digər namizədlər Tomas Tuxel, Maurisio Poçettino və Brendan Rocersdir.
Qeyd edək ki, 2016-cı ildən yığmanı çalışdıran Sautqeytin müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
0
0