Millimizin Qazaxıstan sınağı
03.06.2022 - 09:14
Millimizin Qazaxıstan sınağı

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız Millətlər Liqasının yeni mövsümünə start verəcək.

Canni de Byazinin baş məşqçisi olduğu komanda C liqasında mübarizə aparacaq. 3-cü qrupda yer alan millimiz turnirə Qazaxıstanla matçla başlayacaq.

Nur-Sultanda baş tutacaq görüş millinin 2022-ci ildəki üçüncü sınağı olacaq. Malta və Latviyaya eyni – 0:1 hesabı ilə uduzan komanda uğursuzluq zolağından səfərdə çıxmağa çalışacaq.

Qeyd edək ki, Azərbaycan və Qazaxıstanın yer aldığı qrupda Slovakiya və Belarus komandaları da var.

C liqası
3-cü qrup
⚽  18:00. Qazaxıstan – Azərbaycan
 

writer photo
Əlirza Əlirzalı
0