“Neftçi”nin baş məşqçisi postuna namizədlərdən olan Viktor Qonçarenko seçim qarşısındadır.
Apasport.az saytının Belarus mətbuatına istinadən məlumatına görə, 45 yaşlı mütəxəssisin Azərbaycan klubu ilə yanaşı, daha 4 variantı var.
Rusiya klubları “Ural”, “Nijni Novqorod”, Polşa təmsilçisi “Lex” və Səudiyyə Ərəbistanı komandası “Əl-Taavun” Qonçarenkonu baş məşqçi postuna gətirməkdə maraqlıdır. Hazırda ən real variantın məhz Səudiyyə Ərəbistanı olduğu vurğulanıb. Adıçəkilən ölkədə mövsümün başa çatmasına iki tur qaldığından, “Əl-Taavun” rəhbərliyi təyinat üçün fasilənin yaranmasını gözləyir.
Qeyd edək ki, Samir Abasovla yollarını ayıran “Neftçi”də baş məşqçi postuna digər namizəd Yuri Vernidubdur.