“Milan” 14 ildən sonra dayandı
12.01.2023 - 09:59
“Milan”ın İtaliya kubokundakı uğurlu seriyası qırılıb.
Apasport.az saytının məlumatına görə, “rossonyeri” 14 ildən sonra 1/4 finalçılar sırasında olmayacaq.
Stefano Piolinin yetirmələri 1/8 finalın əlavə vaxtında “Torino”ya 0:1 hesabı ilə uduzub. Cari mövsümədək milanlılar 13 il idi bu mərhələni uğurla adlayırdı.
Komandanın 1/4 finala həsrət qalması sonuncu dəfə 2008/09 mövsümündə qeydə alınıb. Həmin vaxt Karlo Ançelottinin çalışdırdığı “Milan” “Latsio”ya 1:2 hesabı ilə yenilib.
Qeyd edək ki, “Torino” əlavə vaxtda 1:0 hesabı ilə qələbə qazanıb.
0
0