Millimizin rəqibində itki
10.10.2023 - 13:09
Millimizin rəqibində itki

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan İsveç yığması itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, “Nyukasl”ın hücumçusu Aleksander İsak millinin düşərgəsini tərk edib.

Buna futbolçunun zədəsi səbəb olub. Milliyə qoşulduqdan sonra müayinədən keçən forvardın qarşıdakı matçlarda iştirak edə bilməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, İsveç millisi oktyabrın 12-də Moldova ilə yoldaşlıq görüşü keçirəcək. Skandinaviyalılar ayın 16-da Belçika ilə seçmə oyununa çıxacaq.

writer photo
Əlirza Əlirzalı
0