Millinin futbolçusunun evində yanğın
18.10.2023 - 13:34
Millinin futbolçusunun evində yanğın

Dortmund "Borussiya"sında çıxış edən Türkiyə millisinin futbolçusu Salih Özcanın evində yanğın baş verib.

Apasport.az xəbər verir ki, yanğın futbolçunun Almaniyadakı mənzilinin terrasında başlayıb.

Hadisədən gec xəbər tutulduğu üçün yanğın genişlənib. 25 yaşlı futbolçu yanğında heç kimə zərər dəymədiyini açıqlayıb: "Vəziyyətimiz yaxşıdır, şükürlər olsun ki, yalnız maddi ziyan dəyib. Əsas odur ki, heç kim zərər görməyib".

Qeyd edək ki, yarımmüdafiəçi 2022-ci ildən Türkiyə millisinə çağırılır.

writer photo
Əlirza Əlirzalı
0