“Viktoriya”nın kapitanı: “Qarabağ”ı qəzəbləndirmək istəyirdik”
18.08.2022 - 09:42
“Viktoriya”nın kapitanı: “Qarabağ”ı qəzəbləndirmək istəyirdik”

“Birinci hissədə hücuma keçərək, “Qarabağ”ı bir az da qəzəbləndirmək istəyirdik”.

Apasport.az saytının məlumatına görə, bunu Çexiya klubu “Viktoriya”nın (Plzen) kapitanı Lukaş Heyda Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la Bakıda keçirilən oyun barədə danışarkən deyib.

32 yaşlı mərkəz müdafiəçisi qolsuz bərabərliyi uğurlu nəticə hesab edib: “İlk hissədə şanslarımız oldu, amma fasilədən sonra praktiki olaraq heç nə yaratmadıq. Bununla belə, məsuliyyətlə müdafiə olunduq və 0:0-ı sərfəli nəticə kimi qəbul edirik”.

Qarşılaşmada sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Heyda cavab görüşünü buraxacaq. O, buna görə üzr istəyib: “Revanş oyununda olmayacağım üçün üzr istəyirəm. Amma inanıram ki, komanda yoldaşlarım bu işin öhdəsindən gələcəklər”.

Qeyd edək ki, cavab görüşü avqustun 23-də Plzendə keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0