Millinin qol maşınları
03.07.2022 - 12:39
Millinin qol maşınları

Milli komandaların heyətində ən uzun qol seriyalarının müəllifləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İFFHS-in cədvəlinə Abdul Qani Minhat başçılıq edir.

Malayziyalı futbolçu yığmanın 11 ardıcıl görüşündə rəqib qapısına yol tapıb. 7 futbolçu isə 10 matçlıq seriyaya imza atıb. 

Bu seriyaların hamısı ötən əsrlərə təsadüf edib. XXI əsrdə ən azı 10 dəfə millidə qol vuran yoxdur.

11 - Abdul Qani Minhat (Malayziya, 28.05.1961-28.08.1962)
10 - Stiv Blumer (İngiltərə, 09.03.1895-20.03.1899)
10 - Pol "Tist" Nilsen (Danimarka, 02.07.1912-04.06.1916)
10 - Frans Veselik (Avstriya, 06.05.1928-12.02.1933)
10 – Leonidas (Braziliya, 04.12.1932-18.02.1940)
10 – Milan Qaliç (Yuqoslaviya, 11.05.1960-10.09.1960)
10 – Ole Madsen (Danimarka, 15.10.1961-12.12.1962)
10 – Yan Koller (Çexiya, 05.06.1999-26.04.2000)
 

writer photo
Əlirza Əlirzalı
0