Millinin sabiq futbolçusu 44 yaşında karyerasını bitirir
17.10.2022 - 13:20
Millinin sabiq futbolçusu 44 yaşında karyerasını bitirir

Yaponiya millisinin sabiq futbolçusu Şansuke Nakamura karyerasını başa vurmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, veteran 44 yaşında futbola vida edəcək.

Hazırda “Yokohama”da çıxış edən yarımmüdafiəçi ilin sonunda çıxışlarını başa vuracaq. Nakamura Avropada “Recina”, “Seltik” və “Espanyol”da oynayıb.

Qeyd edək ki, Şansuke DÇ-2006 və DÇ-2010-da iştirak edib.

writer photo
Əlirza Əlirzalı
0