“İnter Mayami” Messiyə həsrət qalıb
30.09.2023 - 17:57
“İnter Mayami” Messiyə həsrət qalıb

Lionel Messi “İnter Mayami”nin daha bir oyununu buraxa bilər.

Apasport.az saytının məlumatına görə, argentinalı ulduzun “Nyu-York Siti” ilə matçda iştirakı sual altına düşüb.

Buna səbəb hücumçunun ayağındakı zədədir. O, komandasının son məşqində iştirak etsə də, durumu qənaətbəxş sayılmır. Məşqçilər korpusu onun tam sağalmasını gözləyir.

36 yaşlı forvard son 5 matçdan dördündə iştirak etməyib. Buna həm zədə, həm yığmaya çağırılması səbəb olub.

writer photo
Əlirza Əlirzalı
0