Milyonlar əldən getdi – AĞLASIĞMAZ MƏRC
30.10.2022 - 15:21
Milyonlar əldən getdi – AĞLASIĞMAZ MƏRC

Bu həftə keçirilən futbol oyunlarına böyük əmsallı kupon qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, Keniyadan olan proqnozsevər 12 matça mərc edib.

Təkcə kişi deyil, həm də qadın futboluna proqnoz verən afrikalı bu qarşılaşmalara 13129,51 əmsallıq kupon yazıb. O, cəmi 500 Keniya şillinqi (7,01 manat) ilə mərc edib.

6 milyon 839 min 614,91 şillinq (95 min 856,10 manat) qazanmağa yaxın olan betterin sevincinə “Liverpul” mane olub. “Ayaks”a qalib gələn İngiltərə klubu afrikalını milyonçu olmaq xəyalını puç edib. 
 

writer photo
Əlirza Əlirzalı
0