Futbol üzrə Misir milli komandasına yeni məşqçi təyinatı olub.
Apasport.az xəbər verir ki, Həsən Hossam yığma komandanın sükanı arxasına keçib.
57 yaşlı yerli mtəxəssis bu postda fevralın 4-də istefaya göndərilən portuqaliyalı Rui Vitoriyanı əvəzləyib.
Misir millisi Kot-d'İvuarda keçirilən Afrika Millətlər Kubokunda istənilən nəticəni qazana bilməyib. Belə ki, “fironlar” turnirin 1/8 final mərhələsində Konqo DR-ə uduzaraq (1:1,penaltilər seriyasında 7:8) çıxışını başa vurub. Bu nəticəni uğursuzluq kimi görən ölkənin futbol rəsmiləri portuqaliyalı mütəxəssislə yolları ayırmaq qərarına gəliblər.