MLS-də çempion bəlli oldu - VİDEO
11.12.2023 - 13:53
MLS-də çempion bəlli oldu - VİDEO

Futbol üzrə ABŞ çempionatında (MLS) qalib bəlli olub.

Apasport.az xəbər verir ki, “Kolombus Kryu” ölkə çempionu adını qazanıb.

Pley-offun finalında Ohayo ştatının təmsilçi “Los Angeles”i 2:1 hesabı ilə məğlub edib. Matçda ev sahibi komandadan Hernandes və Yeboah, qonaqlardan isə Buanqa fərqlənib.

Qeyd edək ki, bu həm də “Kolombus Kryu” komandasının MLS-də 3-cü çempionluğudur. Buna qədər ohayolular 2008 və 2020-ci illərdə ölkə kubokunu başı üzərinə qaldırmağı bacarıb.

writer photo
Əlirza Əlirzalı
0