Modriç yığması ilə “Real”ın DNT-sini istəyir
12.12.2022 - 13:24
Modriç yığması ilə “Real”ın DNT-sini istəyir

“Biz heç vaxt təslim olmuruq”. 

Apasort.az saytının məlumatına görə, bunu Xorvatiya millisinin futbolçusu Luka Modriç bildirib.

Madrid “Real”ın şərəfini qoruyan 37 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, yığma ilə Kral klubu eyni xarakterə malikdir. 

Millisinin kapitanı bildirib ki, dünya çempionatında uğurlu çıxış sayəsində yarımfinala yüksələn Xorvatiya ilə Madrid təmsilçisini DNT etmək mümkün olsa, oxşarlıq özünü aşkar səviyyədə büruzə verər: “Hər iki komanda həmişə sona kimi mübarizə aparır və heç vaxt geri çəkilmir”. 

Qeyd edək ki, xorvatlar dekabrın 13-də Xorvatiya millisi dünya çempionatının yarımfinalında Argentina ilə üz-üzə gələcək.
 

writer photo
Əlirza Əlirzalı
0