Modriçdən tarixi göstərici
23.11.2022 - 15:28
Modriçdən tarixi göstərici

Xorvatiya millisinin futbolçusu Luka Modriç tarixi göstəriciyə imza atıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi üç fərqli onillikdə həm dünya, həm Avropa çempionatında oynayan ilk futbolçu olub.

Xorvatiya yığmasının üzvü DÇ-2022-nin I turunun Mərakeşlə matçında meydana çıxıb. Bu, 37 yaşlı veteran üçün 4-cü mundial olub.

Luka 2006, 2014 və 2018-ci illərdə dünya, 2008, 2012, 2016 və 2020-ci illərdə Avropa çempionatında forma geyinib. O, millidə 155 oyunda 23 qol vurub.

Qeyd edək ki, hazırda davam edən Mərakeş – Xorvatiya matçında hesab açılmayıb.
 

writer photo
Əlirza Əlirzalı
0