Skamakka İtaliyaya qayıdır
19.06.2023 - 09:51
Skamakka İtaliyaya qayıdır

“Vest Hem”in futbolçusu Canluka Skamakka klubunu dəyişməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, hücumçu karyerasını yenidən İtaliyada davam etdirmək imkanı qazanıb.

24 yaşlı italiyalı “Roma”nın hədəfindədir. Paytaxt klubu onu sonradan almaq hüququ ilə icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Skamakka son mövsümün 27 matçında 8 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0