Azərbaycan millilərinin oyunlarının təqvimi açıqlanıb
07.06.2024 - 11:32
Azərbaycan millilərinin oyunlarının təqvimi açıqlanıb

Kosovonun Priştina şəhərində keçiriləcək Avropa kubokunun təsnifat mərhələsində iştirak edəcək Azərbaycanın kişi və qadınlardan ibarət 3×3 basketbol üzrə millilərinin oyun təqvimi açıqlanıb.

Apasport.az xəbər verir ki, turnirdə mübarizəyə ilk olaraq kişi basketbolçularımız start verəcək.

Komandamızın ilk olaraq Ermənistan millisi ilə qarşılaşacaq. Qadınlardan ibarət yığmanın ilk sınağı isə Malta millisinə qarşı olacaq.

Təsnifat mərhələsi iyunun 8-dən 9-dək davam edəcək.

Oyunların təqvimi belədir:

8 iyun

11:30. Ermənistan – Azərbaycan (kişilər)
16:10. Azərbaycan – Kosova (kişilər)
17:50. Azərbaycan – Malta (qadınlar)
19:40. Kipr – Azərbaycan (kişilər)
23:20. Azərbaycan – Lüksemburq (qadınlar)
23:45. Azərbaycan – Albaniya (kişilər)

writer photo
Əlirza Əlirzalı
0