Montella Türkiyə millisindən ayrıla bilər
12.11.2024 - 17:35
Türkiyə millisinin çalışdırıcısı Vinçenzo Montella məşqçilik karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az “La Gazetta della Sport”a istinadən xəbər verir ki, “Roma”nın baş məşqçi namizədləri arasında Montella favoritdir.
Xəbərdə bildirilib ki, İtaliya təmsilçisi mütəxəssis üçün Türkiyə Futbol Federasiyası ilə olan müqaviləsindəki bənddən istifadə edəcək.
Razılaşma baş tutarsa, “canavarlar” Montella üçün qarşı tərəfə 6 aylıq maaşını ödəyəcək.
Qeyd edək ki, son olaraq doğma meydanda “Bolonya”ya 2:3 hesabı ilə məğlub olan “Roma” İvan Yuriçlə yollarını ayırıb.
0
0