Morataya Səudiyyə Ərəbistanı klubundan 200 milyonluq təklif
16.06.2023 - 10:23
Morataya Səudiyyə Ərəbistanı klubundan 200 milyonluq təklif

İspaniyalı hücumçu Alvaro Morata Səudiyyə Ərəbistanına köçə bilər.

Apasport.az saytı xəbər verir ki, “Əl-Taavon” 30 yaşlı forvardı transfer etməkdə maraqlıdır.

Ərəblər Madrid “Atletiko”sunun şərəfini qoruyan Morataya 3 illik müqavilə qarşılığında 200 milyon avro təklif edib. İspaniya millisinin üzvünün verdiyi cavab hələlik açıqlanmayıb.

Qeyd edək ki, Alvaro son mövsümdə 45 matçda 15 dəfə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0