Mourinyo federasiyaya meydan oxudu: "Fənərin haqqı yeyilərsə..."
03.06.2024 - 19:37
Mourinyo federasiyaya meydan oxudu: "Fənərin haqqı yeyilərsə..."

Ötən gün "Fənərbaxça" baş məşqçi postuna Joze Mourinyonun təyinatını rəsmiləşdirib.

Apasport.az xəbər verir ki, bu gün təşkil olunan mətbuat konfransında portuqaliyalı mütəxəssis açıqlama verib:

"Mənimlə ilk əlaqə yaradan Mario Branko olub. Bunun nəticəsində Ali Koç mənimlə əlaqə quran ilk şəxs olmuşdur. Mənim buraya gəlməyimi sürətləndirən də bu oldu. Bir çox söz-söhbət oldu, ancaq bunu deməliyəm ki, mən kiməsə transfer üçün futbolçu adı verməmişəm. Mənim üçün önəmli olan təklif edilən proyektdir. Xüsusi ilə bunu qeyd etməliyəm ki, "Roma"dan heç bir keçmiş futbolçuma marağım olmayıb. "Fənərbaxça" ilə də müqavilə imzalamaq üçün Aziz Yıldırımdan heç nə soruşmamışam, nə də icazə almışam. 

Türkiyə liqasının oyunları Portuqaliyada canlı yayımlanır. “Fənərbaxça” ilə əlaqə saxlamazdan əvvəl Türkiyə liqasını izləyirəm. Getdiyim yerdə diqqətimi çəkirəm. Hazırda bu liqa Avropada daha çox izləniləcək. “Fənər”in haqqı yeyilərsə klubu müdafiə etmək üçün bir mövqe tutmalı və səsimi qaldırmalı olsam, iki dəfə düşünməyəcəyəm".

writer photo
Əlirza Əlirzalı
0