Mourinyo “Real”a qayıdışı reallaşacaqmı?
19.10.2023 - 22:49
Mourinyo “Real”a qayıdışı reallaşacaqmı?

Karlo Ançelotti mövsümün sonunda “Real”ı tərk edə bilər.

Apasport.az saytı xəbər verir ki, Madrid klubu onu əvəzləyəcək baş məqşçi axtarır.

Yayılan məlumatlara görə, “Bayer”in baş məşqçisi Xabi Alonso bu yarışda favoritdir. Amma Joze Maurinyonun yenidən “Real”a başçılıq etmə ehtimalı da gündəmə gəlib. Yayda “Roma” ilə müqaviləsi başa çatacaq portuqaliyalı mütəxəssis komandanı tərk edəcək. 

Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə “Real”a başçılıq edib. O, 2012-ci ildə komandaya İspaniya çempionluq qazandırıb.
 

writer photo
Əlirza Əlirzalı
0