Cüneyt Çakır hakimlikdən getdi
05.08.2022 - 09:34
Cüneyt Çakır hakimlikdən getdi

Tanınmış türkiyəli hakim Cüneyt Çakır karyerasını bitirib.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlayıb.

O bildirib ki, 46 yaşlı referi bununla bağlı federasiyaya rəsmi müraciət edib: “Cüneyt Çakır saysız-hesabsız böyük turnirlərdə Türkiyəni uğurla təmsil edib. Onun karyerasını bitirməklə bağlı müraciəti federasiya və Hakimlər Komitəsi tərəfindən müsbət qarşılandı. Çakır üçün vida matçı təşkil etmək istəyirik”.

Qeyd edək ki, Cüneyt Çakır 2006-cı ildən FIFA referisi statusunu daşıyıb.

writer photo
Əlirza Əlirzalı
0