Mourinyo Səudiyyə Ərəbistanında futbol bölməsini seçdi
02.08.2023 - 09:45
Mourinyo Səudiyyə Ərəbistanında futbol bölməsini seçdi

Joze Mourinyo ərəblərlə işbirliyinə razılıq verib.

Apasport.az saytı xəbər verir ki, "Roma"nın baş məşqçisi Səudiyyə Ərəbistanındakı Mehd İdman Akademiyasının İdarə Heyətinə daxil ediləcək.

60 yaşlı təcrübəli mütəxəssisin əsas işi akademiyanın futbol bölməsi ilə bağlı olacaq. O, Ərəbistan yarımadasında yerli istedadlı oyunçuların seçilməsi və yetişdirilməsi prosesinə nəzarət edəcək.

Qeyd edək ki, layihədə portuqaliyalı ilə yanaşı, Rumıniya millisinin keçmiş futbolçusu İoan Lupesku da iştirak edir.

writer photo
Əlirza Əlirzalı
0