"Real Madrid"in və "Mançester Yunayted"in keçmiş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanı çempionatında iş tapa bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Talksport" portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, portuqaliyalı mütəxəssis "Əl-Qadisiya" klubunun rəhbərliyi ilə danışıqlar aparıb.
Portuqaliyalı çalışdırıcının son iş yeri İtaliyanın “Roma” klubu olub. O, bu ilin yanvarında "qurdlar"ı tərk edib.
Daha əvvəl mətbuatda Türkiyə çempionatının iki təmsilçisinin Mourinyonun xidmətində maraqlı olduğu haqda xəbərlər yayılmışdı. "Beşiktaş" və "Fənərbaxça" portuqaliyalını transfer etmək istəyir.