Mourinyodan Ceko qərarı
21.06.2024 - 11:57
Mourinyodan Ceko qərarı

Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo komandanın hücum xətti ilə bağlı mühüm qərar verib.

Apasport.az "Sabah"a istinadla xəbər verir ki, güclü və sürətli forvard istəyən təcrübəli mütəxəssis 38 yaşlı ulduzu ehtiyat oyunçular skamyasında saxlamağı planlaşdırır.

Bosniyalı forvard Səudiyyə Ərəbistanından gələn təklifləri qəbul etməyib və "Fənərbaxça"da qalmağı seçib.

Klubdan ulduz futbolçuya bildirilib ki, komandada qalacağı təqdirdə ikinci hücumçu olacaq. Ceko bununla bağlı yaxın günlərdə qərar verəcək. 

writer photo
Əlirza Əlirzalı
0