Mourinyonun istəyi
17.09.2022 - 12:54
Mourinyonun istəyi

“Çelsi”nin futbolçusu Trevor Çaloba karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçinin xidmətində “Roma” maraqlıdır.

23 yaşlı ingiltərəlinin keçidini baş məşqçi Joze Mourinyo istəyir. Romalıların qışda onu icarəyə götürəcəyi gözlənilir.

Qeyd edək ki, Çaloba ötən mövsüm 30 oyunda 4 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0